Google Tag Manager (GTM) Nədir?

Google Tag Manager nədir?
Qısa olaraq deyək ki, veb saytınıza əlavə etmək üçün lazım olan skriptləri və teqləri bir yerdən idarə etməyə imkan verən bir vasitədir. Bu taq menecerindən istifadə edərək, saytınıza əlavə etmək istədiyiniz bütün teqləri və kodları bir paneldən daxil edə və hansı teqlərin, hansı şərtlər altında işə salınacağına qərar verə bilərsiniz. Beləliklə, GTM-dən istifadə edərək veb saytınızdakı etiketlərin qarışıqlığını minimuma endirə bilərsiniz.

GTM-dən istifadə etsəniz:

  • Teqlərinizin nə vaxt çalışıb, çalışmayacağını seçə bilərsiniz,
  • Veb saytınızın hansı səhifələrində etiketlərinizin çalışıb, çalışmamasını müəyyən edə bilərsiniz.
  • Veb saytınızda hansı əməliyyat olarsa etiketlərinizin çalışmasını təyin edə bilərsiniz.

Google Tag Manager – in digər avantajı isə sayta girişi olmayan marketoloqlar belə skriptləri rahatlıqla buradan əlavə edə bilərlər.

Onu da qeyd edək ki, Google Tag Manager -də daxil etdiyiniz şərtlər daxilində əldə etdiyiniz statistikanı Google Analyticsdə görə bilərsiniz. Həmçinin Facebook pikselinizi buradan daxil edə bilərsiniz. Google ADS hesabınızı da GTM-ə bağlaya bilərsiniz.

SEO Nədir? adlı yazını buradan oxuya bilərsiniz.

Leave a Comment

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir