Google Tag Manager sayta əlavə edilən teq və skriptləri bir paneldən idarə etməyə imkan verir. Hansı teqin hansı səhifədə və hansı şərtdə işləyəcəyini müəyyənləşdirmək olur.
Nələri idarə etmək mümkündür?
- Teqin nə vaxt işə düşəcəyini və ya dayanacağını seçmək.
- Teqin hansı səhifələrdə işləyəcəyini təyin etmək.
- Saytdakı konkret əməliyyata bağlı teqlər qurmaq.
Marketinq komandası kodu hər dəfə sayta ayrıca əlavə etmədən teqləri idarə edə bilər. Google Analytics, Meta Pixel və Google Ads kimi alətlərlə işləmək üçün istifadə olunur.
Axtarış görünürlüğü barədə SEO yazısını da oxuyun.
